“QARABAĞ” YENƏ LİDERDİR
FUTBOL KLUBLARININ GƏLİRLƏRİ AÇIQLANDI
Azərbaycan Premyer Liqa klublarının ötən il üzrə maliyyə gəlirləri açıqlanıb. Siyahıya 34.7 milyon manat gəlirlə “Qarabağ” liderlik edir. Onun ardınca 28.6 milyon manatla “Neftçi” və 26.9 milyon manatla “Sabah” gəlir. Digər klubların gəlirləri isə belədir.
- “Zirə” – 10.9 milyon manat
- “Sumqayıt” – 9.1 milyon manat
- “Səbail” – 7.7 milyon manat
- “Araz-Naxçıvan” – 6.2 milyon manat
- “Turan Tovuz” – 6.1 milyon manat
- “Şamaxı” – 3 milyon manat




