“AZPETROL” DA RUSLAN EYYUBOVUN İMİŞ
109 YANACAQDOLDURMA MƏNTƏQƏSİ İŞLƏDİB
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilən Ruslan Eyyubovun Azərbaycanda və xarici ölkələrdə çoxsaylı daşınmaz əmlaka və biznes obyektlərinə sahib olduğu məlum olub. “Unikal” xəbər verir ki, ümumilikdə 109 yanacaqdoldurma məntəqəsi, 1 maye qazdoldurma məntəqəsi və 1 sıxılmış təbii qaz terminalı daxil olan “Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsusdur.Qeyd olunur ki, Ruslan Eyyubov Prezidentin şəxsi mühafizə xidmətinin keçmiş rəhbəri Bəylər Eyyubovun qardaşı oğludur və uzun illər ərzində böyük sərvət toplayıb. Xatırladaq ki, “Azpetrol” daha əvvəl keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevə məxsus olub.




