BAKI METROSU GECƏ 2-YƏ QƏDƏR İŞLƏYƏCƏK
QATARLAR XÜSUSİ QRAFİKLƏ HƏRƏKƏT EDƏCƏK
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakı Metropoliteni iş saatlarında dəyişiklik edəcək. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bütün stansiyalar gecə saat 2-yə qədər sərnişinlərin girişinə açıq olacaq. Bayram günlərində metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, xüsusilə “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında nəzarət mexanizmləri artırılacaq. Dekabrın 31-dən yanvarın 3-nə qədər qatarlar xüsusi qrafiklə hərəkət edəcək, ehtiyat qatarlar isə hazır vəziyyətdə saxlanılacaq.




