TÜRKİYƏ ERMƏNİSTANLA SƏRHƏDİ AÇIR?
KEÇİDİNƏ İCAZƏ VERİLƏN ŞƏXSLƏR AÇIQLANDI
Türkiyə 2026-cı ildən Ermənistanla sərhədi qismən açmağa hazırdır. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın “Qraparaq” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, sərhəd qismən açılacaq və üçüncü ölkə vətəndaşları, eyni zamanda diplomatik pasporta sahib şəxslər oradan keçmək imkanına malik olacaqlar. Həmçinin qeyd olunub ki, yük daşımaları üçün sərhəd hələ bağlı qalacaq.




