MƏBLƏĞ 300 MİLYON DOLLARA YAXINLAŞIB
MƏBLƏĞ 300 MİLYON DOLLARA YAXINLAŞIB
AZƏRBAYCANIN QIZIL İXRACINDAN GƏLİRLƏRİ AÇIQLANDI
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 297,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın dekabr sayında bildirilir. Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 110 milyon ABŞ dolları çoxdur.




