YENİ İLİN İLK HƏRRACI
YENİ İLİN İLK HƏRRACI
TON BALIĞI 3 MİLYON DOLLARA SATILIB
Yaponiyada yeni ilin ilk balıq hərracı rekordla yadda qalıb. Tokio şəhərindəki bazarda mavi qanadlı ton balığı 3 milyon dollardan artıq qiymətə satılıb. Balığın qiyməti 2019-cu ilin rekordunu qırıb. Həmin vaxt ton balığı 2 milyon dollardan bir qədər baha satılıb.




