60 MİLYONLUQ LAYİHƏ
“İMARƏT” STADİONU 2028-Cİ İLDƏ HAZIR OLACAQ
Ağdam şəhərində “İmarət” stadionunun tikintisi üçün 30,4 milyon avro -təxminən 60,5 milyon manat vəsait ayrılıb. Bu barədə “Unikal” məlumat yayıb.Məlumata görə, stadionun tikintisinin 2028-ci ilin sonunadək tamamlanması planlaşdırılır. Layihə başa çatdıqdan sonra “Qarabağ” futbol klubu 2029-cu ildən etibarən ev oyunlarını doğma Ağdamda keçirməyə başlayacaq.




