HİBRİD AVTOMOBİLLƏR “ƏL YANDIRIR”
HİBRİD AVTOMOBİLLƏR “ƏL YANDIRIR”
KƏSKİN BAHALAŞMAYA SƏBƏB NƏDİR?
Azərbaycanda hibrid və “plug-in hybrid” avtomobillərin qiymətlərində kəskin artım müşahidə olunur. “Unikal”ın əldə etdiyi məlumata görə, xüsusilə Çin istehsalı avtomobillərdə rekord səviyyədə bahalaşma qeydə alınıb.Belə ki, “Changan” markalı avtomobillərin rəsmi servisində qiymətlər 6 000–8 000 manat aralığında artıb. Bununla yanaşı, Çin istehsalı digər modellərdə də ciddi qiymət fərqləri yaranıb.Məlumata əsasən, BYD markalı avtomobilin 2025-ci ildə 17 800 manata təklif olunan modeli hazırda 25 500 manata satışa çıxarılıb. Bu isə qısa müddətdə minlərlə manatlıq artım deməkdir. Qiymət artımlarının səbəbləri ilə bağlı rəsmi açıqlama verilməsə də, bazarda yaranan vəziyyət hibrid avtomobillərə tələbatın artması ilə əlaqələndirilir.




