YANVAR AYI ÜZRƏ PENSİYALAR GECİKİR
YANVAR AYI ÜZRƏ PENSİYALAR GECİKİR
ÖDƏNİŞ HANSI TARİXDƏ EDİLƏCƏK?
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları 13 yanvar tarixində ödəniləcək.Bu barədə Modern.az məlumat yayıb. Bildirilib ki, qeyd olunan tarixdə paytaxt və ətraf ərazilərdə yaşayan pensiyaçıların vəsaitləri bank kartlarına köçürüləcək.Məlumata görə, daha sonra təsdiq edilmiş qrafikə uyğun olaraq respublikanın digər şəhər və rayonlarında yanvar ayı üzrə pensiyaların, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin ödənişləri həyata keçiriləcək.




