NEFT VƏ QAZ TRANZİTİNDƏN GƏLİRLƏR
FOND ƏSAS SƏBƏBLƏRİ AÇIQLAYIB
2026-cı ildə Azərbaycan Dövlət Neft Fondununtranzit gəlirləri faktiki daxilolmalar səviyyəsində proqnozlaşdırılıb.“APA-Economics”in xəbərinə görə, bu barədə Hesablama Palatasının ARDNF-in 2026-cı il büdcəsinə verdiyi rəydə qeyd olunub. Bildirilib ki, 2025-ci ildə tranzit gəlirlərinin proqnozdan xeyli aşağı olması və Rusiya–Ukrayna münaqişəsi səbəbindən əsas tranzit marşrutlarının fəaliyyətinin dayanması bu yanaşmanı zəruri edib.Məlumata əsasən, neft və qazın Azərbaycan ərazisi ilə tranzitindən əldə olunan gəlirlər üzrə 2026-cı il üçün cəmi 2,2 min ABŞ dolları – 3,7 min manat proqnozlaşdırılıb. Bu göstərici 2025-ci ilin təsdiq olunan proqnozundan 25,4 milyon manat azdır və faktiki daxilolmalarla demək olar eyni səviyyədədir. Qeyd edilib ki, Rusiya–Ukrayna münaqişəsinin davam etməsi səbəbindən Qərb ixrac boru kəməri və Qara dəniz marşrutu ilə neft nəqli dayandırıldığından, 2026-cı ildə bu maddə üzrə daxilolmaların olmayacağı gözlənilir. Bu səbəbdən tranzit gəlirləri real göstəricilər əsasında hesablanıb.




