VAŞİNQTON YENİ PLANINI AÇIQLADI
QRENLANDİYA AMERİKA ŞTATI OLACAQ ?
ABŞ Nümayəndələr Palatasının üzvü Rendi Fayn Vaşinqtonun Qrenlandiyanı ilhaq etməsinə imkan verən qanun layihəsini təqdim edib. Sənədə əsasən, ABŞ Prezidentinə “Qrenlandiyanın ilhaqı və ya başqa şəkildə ABŞ ərazisi kimi əldə edilməsi məqsədilə Danimarka Krallığı ilə danışıqlar aparmaq da daxil olmaqla, zəruri tədbirlər görmək” səlahiyyəti verilir. Qrenlandiyanın bundan sonra Amerika ştatı hesab ediləcəyi ehtimal olunur. Qanun layihəsinin “Arktikada ABŞ-nin milli maraqlarını qorumaq, həmçinin Çin və Rusiya təhdidlərinə qarşı durmaq” məqsədi daşıdığı – bildirilir




