YENİ NƏZARƏT MEXANİZMİ YARADILDI
BÜDCƏ XƏRCLƏRİNƏ NƏZARƏT SƏRTLƏŞDİRİLİR
Maliyyə Nazirliyi yanında yaradılan Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət müəssisələrinin büdcə intizamına, maliyyə vəziyyətinə və fiskal risklərinə mərkəzləşdirilmiş nəzarət edəcək. Agentlik dövlət müəssisələrinin illik və ortamüddətli büdcələrinin icrasını, gəlir-xərc smetalarını və dividend ödənişlərini rüblük əsasda izləyəcək. Eyni zamanda risk əsaslı monitorinq, stress-testlər və analitik qiymətləndirmələr aparılacaq, potensial büdcə riskləri öncədən aşkarlanacaq. Agentliyin təhlilləri əsasında dövlət müəssisələrinin maliyyə vəziyyəti ilə bağlı Prezidentə rüblük hesabatlar hazırlanacaq.




