TRAMP YENƏ HƏDƏLƏDİ
QRENLANDİYA PLANINA QARŞI ÇIXANLARA RÜSUM TƏTBİQ EDƏCƏM
Donald Tramp Vaşinqtonun Qrenlandiyanı ABŞ-a birləşdirmək planına qarşı çıxan ölkələri rüsumlarla hədələyib.O,həmçinin Avropa dövlətlərinə qarşı gömrük rüsumları tətbiq edə biləcəyini bildirib.Tramp bu fikirləri səhiyyə məsələləri üzrə köməkçilərlə keçirilən müşavirə zamanı səsləndirib.Xatırladaq ki,ABŞ prezidenti bir müddət əvvəl İranla ticarət aparan ölkələrin ABŞ-la ticarətdə 25 faiz həcmində gömrük rüsumu ödəyəcəyini açıqlayıb.




