MODA DÜNYASI ƏFSANƏSİNİ İTİRDİ
“VALENTINO” BRENDİNİN QURUCUSU VƏFAT ETDİ
İtalyan modelyer və tanınmış dəb evi “Valentino”nun qurucusu Valentino Qaravani vəfat edib. Məlumata görə, modelyer 93 yaşında Romadakı evində ölüb. bu barədə dizaynerin ailəsi məlumat yayıb. Qeyd edək ki, dizayn əfsanəsi italyan modasının başlanğıcında dayanırdı. Onun müştəriləri arasında Elizabet Teylor, Jaklin Kennedi və Şahzadə Marqaret var idi. O həm də rəsm əsərlərinin kolleksiyaçısı idi.




