DÜNYANIN ƏN DƏYƏRLİ MARKALARI AÇIQLANDI
“APPLE” 607 MİLYARD DOLLARLA BİRİNCİDİR
Beynəlxalq brend qiymətləndirmə qurumu “Brand Finance” tərəfindən hazırlanan “Global 500 – Dünyanın Ən Dəyərli 500 Markası 2026” araşdırmasının nəticələri açıqlanıb.FED.az-ın məlumatına görə, hesabatda qlobal şirkətlərin brend dəyəri, bazar gücü və maliyyə göstəriciləri əsas meyarlar kimi qiymətləndirilib. Araşdırmanın nəticələrinə görə , dünyanın ən dəyərli 10 markası əsasən texnologiya və pərakəndə ticarət sektorlarını təmsil edir.Reytinqə daxil olan ilk 10 marka bunlardır.
- Apple – dəyəri 607 milyard 642 miylon dollar
- Microsoft – dəyəri 565 milyard 250 milyon dollar
- Google – dəyəri 433 milyard 75 milyon dollar
- Amazon – dəyəri 369 milyard 876 milyon dollar
- NVIDIA – dəyəri 184 milyard 322 milyon dollar
- TikTok – dəyəri 153 milyard 543 milyon dollar
- Walmart – dəyəri 140 milyard 985 milyon dollar
- “Samsung Group” – 119 milyard 218 milyon dollar
- Facebook – dəyəri 107 milyard 61 milyon dollar
- State Grid Corporation of China – dəyəri 102 milyard 441 milyon dollar




