“İMPROTEX” ŞİRKƏTİNİN MÜHASİBİ EVİNDƏ ÖLÜ TAPILDI
SABİQ MÜDİRİN OĞLU NİYƏ QƏTLƏ YETİRİLDİ?
“İmprotex” şirkətində mühasib vəzifəsində çalışan 49 yaşlı Rəşad Salmanov evində ölü tapılıb.İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Cəlilabad rayonunda onun yaşadığı evdə qeydə alınıb. Hadisənin səbəbləri hələlik məlum deyil, fakt araşdırılır.Qeyd edək ki,o uzun illər rayonda Təhsil Şöbəsində mühasib və Mədəniyyət Şöbəsinin müdiri vəzifələrində işləyib.Son illər isə “İmprotex” şirkətində mühasib vəzifəsində çalışıb.O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad rayon Dövlət Sosial Müdafiə Fondunun sabiq müdiri Mirağa Salmanovun oğludur. https://iqtisadiyyat.az/az/post/improtex-sirk-tinin-muhasibi-evind-olu-tap-ld-foto-162736




