DAHA 59 SAHİBKARA “STARTAP” ŞƏHADƏTNAMƏSI VERİLİB
BU SAHİBKARLAR 3 İL VERGİ GÜZƏŞTLƏRİNDƏN AZAD EDİLİR
2025-ci ildə 125 mikro və kiçik sahibkarlıq subyekti “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edib. “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası 59 KOB subyektinə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edib. 44 startap Bakı şəhərindən, 15-i isə regionlardandır. Şəhadətnamə alan sahibkarların 10-u qadın sahibkardır. Layihələrin 4-ü “yaşıl layihə”dir. “Startap” şəhadətnaməsi alan biznes subyektləri istehsal və xidmət sektorlarında fəaliyyət göstərir. Startapların əsas istiqamətləri maliyyə, təhsil və səhiyyə texnologiyaları, e-ticarət və rəqəmsal marketinq, rəqəmsal ödəniş sistemləri və s. sahələrdə innovativ həlləri özündə ehtiva edir. Ümumilikdə, “Startap” şəhadətnaməsinin verilməsinə başlanıldığı 2021-ci ildən 2026-cı ilin 1 yanvar tarixinə KOBİA-ya 493 müraciət daxil olub ki, onlardan 247-nə “Startap” şəhadətnaməsi verilib. Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.




