CƏNUBİ KOREYADA ƏN UZUN ÇARPAYI TƏQDİM OLUNDU
HOTELDƏ QALMAĞIN BİR GÜNÜ 720 DOLLARDIR
Cənubi Koreyanın paytaxtı Seulda “RYSE” hoteli qonaqlar üçün dünyanın ən uzun çarpayısını quraşdırıb. Bu çarpayı o qədər uzundur ki, üzərində hətta qaçmaq belə mümkündür. Otağın dizaynı – əşyaları qeyri-adi formada hazırlayan məşhur ABŞ brendi olan “MSCHF” ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Bu səbəbdən qonaqlara adi başmaq əvəzinə brendin məşhur qırmızı çəkmələri təqdim olunur.İki nəfər üçün bir gecə qalmaq 720 dollara -təxminən 1224 manata başa gəlir ki, bu da adi otaqların qiymətindən təxminən 3 dəfə yüksəkdir.




