İŞƏ GÖTÜRƏNLƏR ÇƏTİN VƏZİYYƏTDƏ
BU SAHƏLƏRDƏ İŞÇİ TAPILMIR
İşəgötürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr məlum olub. Bu barədə Dövlət Məşğulluq Agentliyinin “Əmək bazarı” bülleteninin 5-ci buraxılışında qeyd edilib.
Belə ki, çətinlik çəkilən əsas sahələr sırasında satış və marketinq, texniki ixtisaslar və mühasibatlıq və maliyyə yer alır. Bundan əlavə, tikinti və fiziki işlər, ticarət sahəsi də kadr çatışmazlığı yaşanan istiqamətlər sırasındadır. Ofis və inzibati dəstək işləri və tibb sahəsi üzrə işçi çatışmazlığının da olduğu bildirilir.




