“WALMART”DAN REKORD GÖSTƏRİCİ
“WALMART”DAN REKORD GÖSTƏRİCİ
ŞİRKƏTİN BAZAR DƏYƏRİ İLK DƏFƏ 1 TRİLYON DOLLARI KEÇDİ
ABŞ-nin pərakəndə satış şirkəti Walmart-ın bazar dəyəri ilk dəfə olaraq 1 trilyon ABŞ dollarını keçib. Marja xəbər verir ki, son bir ildə şirkətin səhmləri təxminən 26% bahalaşaraq onu texnologoya nəhəngləri Nvidia və Alphabet kimi trilyonluq şirkətlər sırasına qaldırıb. Walmart, bazar dəyəri 1 trilyon ABŞ dollarından çox olan azsaylı qeyri-texnologiya şirkətlərindən biridir. Dünyanın ən böyük pərakəndə satış şəbəkəsi 1962-ci ildə bir mağazadan fəaliyyətə başlayıb, lakin rəqiblərini tez bir zamanda qabaqlaya bilib.




