“IPHONE 20”NİN KORPUSU ŞÜŞƏDƏN OLACAQ
“IPHONE 20”NİN KORPUSU ŞÜŞƏDƏN OLACAQ
YENİ MODEL NƏ VAXT TƏQDİM EDİLƏCƏK?
“Apple” şirkəti “iPhone”un 20 illiyi münasibətilə 2027-ci ildə xüsusi “iPhone 20” modelini təqdim etməyi planlaşdırır. Yeni modelin tam şüşədən hazırlanacağı və fiziki düymələrinin olmayacağı gözlənilir. Məlumata görə, güc və səs düymələri cihazın çərçivəsinə inteqrasiya ediləcək və fərqli toxunuşlarla müxtəlif funksiyalar işləyəcək. “Apple” həmçinin ekran kəsiklərini aradan qaldırmağı, Face ID və ön kameranı ekranın altına yerləşdirməyi planlaşdırır. “iPhone 20” daha parlaq və nazik ekran, daha güclü batareya və təkmilləşdirilmiş ön kamera ilə təchiz olunacaq. Modelin 2027-ci ilin sentyabrında təqdim ediləcəyi gözlənilir, qiyməti isə hələ açıqlanmayıb.Qeyd edək ki, şirkət 20 illiyi münasibətilə “iPhone” 19 modelini buraxmayacaq və birbaşa “iPhone” 20-ni təqdim edəcək.




