20 MİN TONDAN ÇOX TAXIL DAŞINIB
20 MİN TONDAN ÇOX TAXIL DAŞINIB
NÖVBƏTİ VAQON AZƏRBAYCANDAN TRANZİT KEÇMƏKLƏ ERMƏNİSTANA YOLA SALINDI
Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistana göndərilib.İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 min 660 ton taxıl göndərilib. Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında işğal dövründən mövcud olan Ermənistana yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətlərin Azərbaycan tərəfindən aradan qaldırıldığını bildirib. Qeyd edək ki, Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana taxıl daşınmasına 9 noyabr 2025-ci il tarixindən başlanılıb. https://az.trend.az/business/4149694.html




