“NİKE” ŞİRKƏTİNƏ QARŞI ARAŞDIRMA BAŞLANDI
MƏŞHUR BREND İRQİ AYRI-SEÇKİLİKDƏ İTTİHAM OLUNUR
ABŞ-nin Bərabər Məşğulluq İmkanları Komissiyası “Nike” şirkətinə qarşı araşdırmaya başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə komissiyanın rəsmi saytında məlumat verilib. Bildirilib ki, komissiya “Nike” şirkətində ağdərili işçilərə qarşı sistematik irqi ayrı-seçkilik iddiaları ilə bağlı şikayətlər alıb.Komissiya sədri Andrea Lukas bildirib ki, şirkətin müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarının irqi ayrı-seçkiliyə dair federal qadağaları poza biləcəyinə dair inandırıcı dəlillər mövcuddur. O, məsələ ilə bağlı hərtərəfli araşdırma aparılacağını söyləyib.Qeyd edək ki, “Nike” şirkəti dünyaca məşhur idman geyimləri və ayaqqabıları istehsalçısıdır.




