DÜNYANIN İNSANABƏNZƏYƏN İLK ROBOTU
DÜNYANIN İNSANABƏNZƏYƏN İLK ROBOTU
“MOYA”NI ALMAQ 173 MİN DOLLARA BAŞA GƏLƏCƏK
Şanxayda robototexnika şirkəti DroidUp dünyanın ilk “biomimetik süni intellekt robotu”nu təqdim edib. Moya adlı robotun insana ən çox bənzəyən və süni intellektlə işləyən robot olduğu bildirilir. 1,65 metr hündürlüyə və təxminən 32 kiloqram çəkiyə malik Moya, yetkin insan bədən proporsiyalarına yaxın şəkildə dizayn edilib. DroidUp həmçinin bildirir ki, robot 32–36 dərəcə Selsi arasında bədən temperaturunu qoruyur. Bu detal qarşılıqlı əlaqə zamanı onun canlı və real təsir bağışlamasını gücləndirmək məqsədi daşıyır. O, sevinc, qəzəb, kədər də daxil olmaqla bir çox emosiyaları zərif şəkildə ifadə edə bilir. İstehsalçıların iddiasına görə, Moya 92% insanabənzər yerimə dəqiqliyinə malikdir. Gözlərinin arxasında yerləşdirilən kamera və süni intellektin birgə işi sayəsində isə qarşısındakı insanlarla real vaxt rejimində ünsiyyət qura və göz təması saxlaya bilir. Robotun məsləhətçi,köməkçi kimi istifadəsi planlaşdırılır. Onu almaq istəsəniz təxminən 173 min ABŞ dolları ödəməli olacaqsınız. Şirkət bildirib ki,Moya 2026-cı ilin sonlarında bazara çıxarılacaq və böyük ehtimalla səhiyyə və təhsil müəssisələri üçün nəzərdə tutulacaq.




