DÖVLƏT ŞİRKƏTLƏRİNƏ YENİ TƏLƏB
DÖVLƏT ŞİRKƏTLƏRİNƏ YENİ TƏLƏB
XALİS MƏNFƏƏTİN 30%-İ BÜDCƏYƏ ÖDƏNİLƏCƏK
2027-cı ildən etibarən Azərbaycanda dövlət müəssisələri xalis mənfəətinin 30%-i məbləğində dövlət büdcəsinə dividend ödəyəcək. “Unikal” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dividend ödənişləri 2026-cı ildən başlayaraq proqnozlaşdırılacaq və 2027-ci ildən dövlət büdcəsinə ödəniləcəkdir. Qeyd edək ki, mənfəəti az olan, ölkə Başçısı tərəfindən müddətli azad edilən, səhmləri xarici birjaların listinqində olan və cəmi kapitalı nizamnamə kapitalından az olan dövlət müəssisələri isə müvafiq dövr üzrə dövlət büdcəsinə dividend ödənişlərindən azad edilir.




