TANINMIŞ BLOQERİN 150 000 MANATI MƏNİMSƏNİB?
MƏŞHUR SALONLAR ŞƏBƏKƏSİNİN RƏHBƏRİ İLƏ BAĞLI DƏLƏDUZLUQ İDDİASI
Tanınmış influenser Fidan Zeyn “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın onu aldatdığını iddia edib.Qafqazinfonun xəbərinə görə, bloqer bildirib ki, tərəflər ortaq biznes qurublar. O, bu məqsədlə həyətyanı sahəsini və avtomobilini sataraq əldə etdiyi pulu biznesə yatırıb. Lakin sonradan 150 min manat vəsaitinin mənimsənildiyini deyib.Fidan Zeyn əlavə edib ki, məsələ ilə bağlı 2 aydır Xətai Rayon Polis İdarəsində araşdırma aparılır, lakin hələlik ziyan ödənilməyib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı istintaq davam edir və məsələyə hüquqi qiymət veriləcək.




