İDMANÇILARA ƏN ÇOX PUL ÖDƏYƏN ÖLKƏLƏR AÇIQLANIB
İDMANÇILARA ƏN ÇOX PUL ÖDƏYƏN ÖLKƏLƏR AÇIQLANIB
SİNQAPUR MÜKAFAT MƏBLƏĞİNƏ GÖRƏ DÜNYA LİDERİ OLDU
Sinqapur 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarında qızıl medal qazanan atletlərə veriləcək mükafat məbləğinə görə dünya lideri olub. Oxu.Az xəbər verir ki, bu statistika ilə bağlı “USA Today” nəşri məlumat paylaşıb. İtaliyadakı oyunlarda Sinqapuru yeganə idmançı – dağ xizəkçisi Faiz Başa təmsil edəcək. O, birinci yeri tutacağı halda 788 000 dollar məbləğində mükafat əldə edəcək. Qızıl medal üçün verilən mükafatın məbləğinə görə Honkonq 767 min dollarla ikinci, İtaliya 213 min dollarla üçüncü, Polşa 211 min dollarla dördüncü, Sloveniya isə 162 min dollarla növbəti yerdə qərarlaşıb. Ən az mükafat verən ölkə isə Yeni Zelandiyadır. Cəmi 3 min dollar. Xatırladaq ki, XXV Qış Olimpiya Oyunları fevralın 22-də başa çatacaq.




