SUBSİDİYA ÖDƏNİŞLƏRİNƏ BAŞLANACAQ
SUBSİDİYA ÖDƏNİŞLƏRİNƏ BAŞLANACAQ
SIĞORTASI OLAN FERMERLƏR PULU DAHA TEZ ALACAQ
Aqrar Kredit və İnkişaf Agentliyi yaxın günlərdə 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və çoxillik əkmələrə görə subsidiya ödənişlərinə start verəcək. Subsidiyalar ilkin olaraq torpaq sahələri monitorinqə düşməyən, həmçinin sığorta və torpaq analizi predmeti olmayan fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təqdim etdikləri bəyanlar əsasında ödəniləcək. Sığorta və aqrokimyəvi analizləri olan fermerlər vəsaiti daha tez alacaqlar. Hazırda 899 min hektara yaxın sahədə əkin aparılıb, 288 mindən çox fermer tərəfindən 639 minə yaxın bəyan təqdim edilib. Yoxlamalar başa çatdıqdan sonra ödənişlər həyata keçiriləcək. Subsidiyalar fermer kartlarına köçürüləcək. Vəsaitin 25%-i nağd, 75%-i isə gübrə, toxum və digər kənd təsərrüfatı vasitələrinin alınmasına sərf oluna bilər.




