AZƏRBAYCANIN ERMƏNİSTANA İXRACI AÇIQLANDI
AZƏRBAYCANIN ERMƏNİSTANA İXRACI AÇIQLANDI
2,4 MİLYON DOLLARLIQ MƏHSUL TƏDARÜK EDİLİB
2026-cı ilin yanvar ayında Azərbaycan Ermənistana 2.4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu məbləğ ölkənin ümumi ixracının 0,1 faizini təşkil edib. Yanvar ayında Ermənistandan Azərbaycana ixrac qeydə alınmayıb. Yanacaq tədarükü çərçivəsində 2025-ci ilin 18 dekabrda Ermənistana 1 220 ton Aİ-95 markalı benzin göndərilib. 2026-cı ilin yanvarın 9-da 1 742 ton Aİ-95 və 956 ton dizel, yanvarın 11-də isə 979 ton Aİ-92 markalı yanacaq idxal edilib.Yanvar ayında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 3 milyard 538 milyon dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,5 faiz azdır. İxrac 2 milyard 236 milyon dollar, idxal isə 1 milyard 302 milyon dollar təşkil edib. Nəticədə 934 milyon dollar həcmində müsbət ticarət saldosu yaranıb.




