14 NƏFƏRİN ƏMRİNƏ XİTAM VERİLDİ
AĞSU RAYON İCRA HAKİMİYYƏTİNDƏ KÜTLƏVİ İXTİSAR
Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib. Oxu.az xəbər verir ki, icra başçısı Rövşən Bağırovun imzaladığı əmrə əsasən Ağsu RİH başçısının Ərəbuşağı, Kalva, Gəgəli , Bozavand , Kəndoba , Ərəbsarvan , Ləngəbiz , Çiyni, Ərəbmehdibəy, Padar, Bico, Muradlı, Xanbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi – baş mühasibinin və Rəhimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavininin dövlət qulluğuna xitam verilib.




