ONLARIN ÇOXU QADINDIR
AZƏRBAYCANDA İŞSİZLƏRİN SAYI ARTIB
2026-Cı ilin fevralın 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 245,6 min nəfər olub. Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025- ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda işsizlərin sayında 8,87% artım qeydə alınıb.İşsizlərin 51,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 446,6 manat olub.Komitənin məlumatıma görə, 2025-ci il ərzində ölkədə 102,5 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılan iş yerlərinin 91,1 faizi qeyridövlət sektorunda açılıb.




