WUF AKADEMİYASI FƏALİYYƏT GÖSTƏRƏCƏK
ŞƏHƏRSALMA VƏ MƏNZİL SAHƏSİNDƏ YENİ PLATFORMA
Ümumdünya Şəhərsalma Forumu çərçivəsində WUF Akademiyası yaradılacaq. Bu akademiya elmi araşdırma və tədqiqat fəaliyyəti üçün nəzərdə tutulub. Oxu.Azın məlumatına görə akademiya çərçivəsində qlobal institutların iştirakı ilə 40-dan çox təlim sessiyası, alim və mütəxəssislərin qatılacağı yüksək səviyyəli dəyirmi masalar keçiriləcək.Bundan əlavə, bilik mübadiləsi və innovasiya üçün nəzərdə tutulmuş “WUF Kampusu” da fəaliyyət göstərəcək. Bu platformada universitetlər, alimlər və tədqiqatçılar bir araya gələrək mənzil və şəhərsalma ilə bağlı qabaqcıl təcrübələrini paylaşacaqlar.Qeyd olunur ki, WUF Akademiyasının əsas məqsədi mənzil sahəsində bilik və potensialın artırılması, eləcə də bu sahədə tərəfdaşlıqların inkişafıdır.




