ƏN ÇOX QAZANAN YUTUBER KİM OLUB?
ƏN ÇOX QAZANAN YUTUBER KİM OLUB?
“YOUTUBE”UN İLLİK GƏLİRİ 60 MİLYARD DOLLARI KEÇDİ
YouTube 2025-ci ildə reklam və abunə gəlirləri üzrə 60 milyard dolları keçərək qlobal liderliyini möhkəmləndirib. Platformanın aylıq aktiv istifadəçi sayı 2,7 milyarda çatıb.İlin ən çox qazanan kontent istehsalçısı MrBeast – Jimmy Donaldson olub. Onun illik gəliri 85 milyon dollar təşkil edib.2005-ci ildə yaradılan YouTube 2006-cı ildə Google tərəfindən alınandan sonra sürətlə böyüyüb və reklam gəlirlərinin bölüşdürülməsi modeli ilə kontent istehsalını gəlirli biznesə çevirib. Hər gün 122 milyondan çox insan platformanı ziyarət edir və istifadəçilər gündə ümumilikdə 1 milyard saatdan artıq video izləyirlər. Orta gündəlik istifadə müddəti isə 49 dəqiqədir.YouTube hazırda YouTube Kids, YouTube Music, YouTube Premium, YouTube Shorts və YouTube TV kimi müxtəlif xidmətlərlə fəaliyyətini davam etdirir.




