VÜQAR QURBANOVUN İŞDƏN ÇIXARILMA SƏBƏBİ BİLİNDİ
VÜQAR QURBANOVUN İŞDƏN ÇIXARILMA SƏBƏBİ BİLİNDİ
YOXLAMALAR ZAMANI CİDDİ MALİYYƏ NÖQSANLARI AŞKARLANDI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəhbəri Vüqar Qurbanov tutduğu postdan uzaqlaşdırılıb. Unikal.az-ın xəbərinə görə Vüqar Qurbanovun vəzifəsindən azad edilməsi TƏBİB-də həyata keçirilən maliyyə təftişləri ilə əlaqədardır.Belə ki, aparılan yoxlamalar zamanı ciddi maliyyə nöqsanları aşkar edilib. Bildirilir ki, burada söhbət külli miqdarda vəsaitin mənimsənilməsindən gedir. Qeyd edək ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində müvafiq yoxlamalara 2025-ci ilin sentyabr ayında start verilib.




