“BELƏSİ HEÇ İLON MASKDA DA YOXDUR”
BÜLENT ƏRSOY TƏDBİRƏ QIZIL ÖRTÜKLÜ AVTOMOBİLLƏ GƏLDİ
Ankarada tədbirə avtomobillə gələn Bülent Ersoy bütün diqqətləri üzərinə çəkib. Qızıl örtüklü maşını görənlər “Beləsi heç İlon Maskda da yoxdur” deyiblər.Milli.Az xəbər verir ki, lüks və göstərişli tərzi ilə tanınan sənətçi səhnə alacağı məkana qızıl örtüklü Tesla ilə gəib.
Sənət fəaliyyəti ilə yanaşı, lüks xərcləri ilə də tanınan Bülent Ersoyun var-dövləti eşidənləri heyrətə gətirir. İddialara görə, sənətçinin İstanbulun müxtəlif nüfuzlu səmtlərində 28 mənzili var. Bu evlərin əksəriyyəti şəhərin mərkəzi və investisiya dəyəri yüksək olan ərazilərində yerləşir.
Ersoyun təkcə İstanbulda deyil, Türkiyənin bir çox başqa şəhərlərində də möhtəşəm villaları mövcuddur.




