ROBOTLAR İNSANLARI İCARƏYƏ GÖTÜRÜR
YENİ PLATFORMA İLƏ SÜNİ İNTELLEKT ADAMLARA TAPŞIRIQ VERƏCƏK
Artıq robotlar bəzi işləri insanlara gördürə bilir. Bunun üçün yeni bir onlayn platforma yaradılıb – Rent a Human.Bu platformada süni intellektlər özlərinin bacarmadığı işləri insanlara tapşırır və pul ödəyir. Botlar, insanları captcha yoxlamalarını keçmək, offline tapşırıqları yerinə yetirmək və bəzən hansısa absurd tapşırıqları icra etmək üçün işlədəcəklər. Nümunə kimi, bir süni intellekt 100 dollar qarşılığında bir adama tapşırıq verib ki, şəhərdə “Bu lövhə üçün süni intellekt mənə pul ödəyib” yazılmış lövhə ilə dayansın və şəkil çəkdirsin.Ən maraqlısı isə odur ki, həmin adam şəkli kompüterdə düzəltmək əvəzinə, doğrudan da gedib soyuq havada küçədə dayanıb və tapşırığı yerinə yetirib.




