“KURTLAR VADİSİ”NİN SİRLİ “ARON FELLER”İ 89 YAŞINDA ÖLDÜ
CIA-NIN MƏŞHUR STRATEQİ DÜNYASINI DƏYİŞDİ
“KURTLAR VADİSİ”NİN SİRLİ “ARON FELLER”İ 89 YAŞINDA ÖLDÜ
ABŞ kəşfiyyatının tanınmış nümayəndəsi və “Kurtlar Vadisi” serialındakı Aron Feller obrazının prototipi hesab olunan Qraham Fuller 89 yaşında vəfat edib. Crossmedia.az xəbər verir ki, Fuller yanvar ayında ölüb və ABŞ-nin Mərkəzi Kəşfiyyat Agentliyində Yaxın Şərq və İslam ölkələri üzrə mühüm ekspert kimi tanınırdı. O, Əfqanıstan, Türkiyə və habelə bəzi ərəb ölkələrində
işləyib. Bir neçə kitabın, o cümlədən, Yeni Türkiyə Cümhuriyyəti, Siyasi İslamın Gələcəyi kimi kitabların müəllifi olub. Türkiyədə isə onu Fətullah Gülənə dəstək verməkdə, hətta qiyamda Əli olmaqda ittiham ediblər.




