PREZİDENT FƏRMAN İMZALADI
PREZİDENT FƏRMAN İMZALADI
KOBİA İLƏ AZPROMO ƏSASINDA YENİ AGENTLİK YARADILDI
Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb. Belə ki, Prezident İlham Əliyev mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (AZPROMO) əsasında nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb.Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.Nazirlər Kabineti üç ay ərzində Agentliyin əsasnamə və struktur layihəsini hazırlamalı və normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini dövlət başçısına təqdim etməlidir.




