İNSAN ORQANLARININ ALQI-SATQISI, QANUNSUZ DONORLUQDA İTTİHAM EDİLİB
İNSAN ORQANLARININ ALQI-SATQISI, QANUNSUZ DONORLUQDA İTTİHAM EDİLİB
ELŞAD ABDULLAYEVİN MİLYONLUQ ƏMLAKLARI MÜSADİRƏ OLUNDU
Ləğv edilən Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin milyonlarla manat dəyərində əmlakı məhkəmə qərarı ilə müsadirə olunub. Sfera. Az xəbər verir ki, dövlət nəfinə alınan əmlaklara Bakıda və bölgələrdə yerləşən çoxsaylı torpaq sahələri, mənzillər, bağ evləri, təhsil və tibb obyektləri, eləcə də Rusiyada yerləşən daşınmaz əmlak daxildir. Qeyd edək ki, Elşad Abdullayevə Cinayət Məcəlləsinin insan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, külli miqdarda vergiləri ödəməkdən yayınma , vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar külli miqdarda rüşvət alma və rüşvət verməyə cəhd etmə maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.




