DÖVLƏT ŞİRKƏTLƏRİ ÜÇÜN YENİ NƏZARƏT MEXANİZMİ
DÖVLƏT ŞİRKƏTLƏRİ ÜÇÜN YENİ NƏZARƏT MEXANİZMİ
MALİYYƏ NAZİRLİYİ QURUMLARIN XƏRCLƏRİNİ YOXLAYACAQ
2026-cı ilin aprel ayından başlayaraq Maliyyə Nazirliyi dövlət şirkətlərinin və publik hüquqi şəxslərin büdcə layihələri və proqnozlarının, həmçinin büdcələrinin monitorinqini həyata keçirəcək və icra göstəricilərini təhlil edəcək. Bu barədə qurumdan məlumat verilib.Yeniavaz xəbər verir ki, Nazirlik bu qurumların aylıq, rüblük və illik maliyyə hesabatlarını təhlil edəcək və pulun haraya və necə xərcləndiyini araşdıracaq. Həmçinin dövlət müəssisələrinin səmərəli işləyib-işləmədiyi, mümkün maliyyə riskləri, risklərin dövlət büdcəsinə və dövlət borcuna təsiri də araşdırılacaq. Aparılan yoxlamalar barədə hər 3 aydan bir Prezidentə hesabat veriləcək. Məqsəd dövlət müəssisələrinin daha səmərəli işləməsi,şəffaflığın artırılması,dövlət büdcəsindən asılılığın azaldılması, gələcəkdə yarana biləcək maliyyə problemlərinin öncədən müəyyən edilməsidir.




