İSRAİL İRANA ZƏRBƏ ENDİRDİ
İSRAİL İRANA ZƏRBƏ ENDİRDİ
TEHRANDA PARTLAYIŞLAR BAŞ VERDİ
İsrail İrana qabaqlayıcı zərbə endirib. Bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib. Onun sözlərinə görə, ölkə ərazisində dərhal fövqəladə vəziyyət rejimi elan edilib və hava məkanı bağlanıb. İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq məqsədilə İrana qarşı qabaqlayıcı zərbə endirib- deyə o vurğulayıb. Qeyd edək ki, İsrail ərazisində hava həyəcan siqnalları səslənir. İsrail Müdafiə Ordusunun arxa cəbhə komandanlığı mülki əhalini sığınacaqlara yaxın olmağa çağırır. Daha əvvəl paytaxt Tehranda partlayış səsləri eşidilib və hücumdan sonra göyə qalın tüstü yüksəlib.




