İRAN ABŞ-NİN BƏHREYNDƏKİ BAZALARINI VURDU
“BİZİM HEÇ BİR “QIRMIZI XƏTT”İMİZ YOXDUR”
İran ABŞ-nin 5-ci donanmasının yerləşdiyi Bəhreyndə bazanı Qədr raketləri ilə vurmağa davam edir. Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində partlayış səsləri eşidilməsi ilə bağlı məlumatlar paylaşılır. Bölgədə ABŞ və İsrailə məxsus bütün obyektlər İran üçün qanuni hədəfdir. Bunu adı açıqlanmayan İran rəsmisi “Al Jazeera“ telekanalına deyib.
Qeyd olunub ki, “ABŞ-la İsrailin Yaxın Şərqdəki bütün maraqları və mövcudluğu bizim üçün qanuni hədəf olacaq. Bu təcavüzdən sonra bizim heç bir “qırmızı xətt”imiz yoxdur və hər şey mümkündür. Hətta daha əvvəl nəzərdən keçirilməyən ssenarilər də baş verə bilər”
Onun sözlərinə görə, “İran ABŞ və İsrailin hücumundan təəccüblənməyib”. “Heç bir zaman məhdudiyyəti olmayacaq və kompleks cavab veriləcək. İranın təslim olması və ya özünü cilovlaması ilə bağlı bütün çağırışlar qəbuledilməzdir, bu, sadəcə xəyaldır”, deyə İran rəsmisi vurğulayıb.




