“BRENT” 81 DOLLARI KEÇDİ
YAXIN ŞƏRQDƏ GƏRGİNLİK NEFTİN QİYMƏTİNİ YÜKSƏLTDİ
Yaxın Şərqdə gərginliyin artması neft bazarına təsir edib. FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ICE birjasında Brent markalı xam neftin qiyməti ticarət həftəsinin əvvəlində 12,2% yüksəlib. Bakı vaxtı ilə saat 03:02-də neftin qiyməti 81,79 dollara çatıb. Bu, 23 iyun 2025-ci ildən bəri ilk dəfə 1 barelin 81 dolları keçməsidir. Bir qədər sonra, saat 03:16-da artım zəifləyib və neft 79,4 dollardan satılıb. Bu isə 9,02% artım deməkdir.




