“TƏBİB”İN İCRAÇI DİREKTORU İLƏ BAĞLI ŞOK İDDİA
ABŞ-DƏKİ JURNALİSTƏ SİFARİŞLƏ TƏNQİDİ MATERİALLAR YAZDIRIB?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq icraçı direktoru Vüqar Qurbanov ilə bağlı sensassison iddialar yayılıb. Demokrat.аz-a daxil olan iddialara görə, Vüqar Qurbanov TƏBİB-ə rəhbərlik etdiyi dövrdə ABŞ-də yaşayan azərbaycanlı jurnalist ilə əməkdaşlıq edib və ona Azərbaycanın Səhiyyə Nazirliyinin fəaliyyətini tənqid edən materialların hazırlanması ilə bağlı sifariş göndərib. Bundan sonra isə sözügedən jurnalist tərəfindən nazirliyin fəaliyyəti ilə bağlı ardıcıl olaraq qərəzli və tənqidi paylaşımlar edilib. Qeyd edək ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ötən həftə vəzifəsindən azad edilib.




