İRANDA ÖLƏNLƏRİN SAYI 555-Ə ÇATDI
ÖLKƏNİN 131 ŞƏHƏRİNDƏ DAĞINTI VƏ ZƏRƏR VAR
İsrail və ABŞ-nin İranda birgə hərbi əməliyyatının başlanmasından bəri həlak olanların sayı 555-ə çatıb.”Report” qərb KİV-lərinə istinadən xəbər verir ki, bu məlumatları İranın Qırmızı Aypara Cəmiyyəti açıqlayıb.”ABŞ və İsrailin iki gün əvvəl başlayan zərbələri nəticəsində İranda ümumilikdə 555 nəfər həlak olub”, – məlumatda bildirilib.Bundan əlavə, mövcud məlumatlara görə, hücumlar nəticəsində ölkənin 131 şəhərində dağıntılar və zərər qeydə alınıb.




