ZUKERBERQ REKORD MƏBLƏĞƏ MALİKANƏ ALDI
170 MİLYONLUQ VİLLANIN GÖRÜNTÜLƏRİ YAYIMLANDI
“Meta” şirkətinin rəhbəri Mark Zukerberq rekord məbləğə malikanə alıb. Bu barədə “Bloomberg” agentliyi yazıb.Belə ki, Zukerberq həyat yoldaşı Prisilla Çanla birlikdə Biskeyn körfəzində yerləşən süni İndian-Krik adasında malikanə sahibi olub. Malikanənin onlara 170 milyon dollara başa gəldiyi bildirilir. Bu məbləğ Florida ştatının Mayami dairəsi üçün rekord hesab olunur.Zukerberqdən başqa, İndian-Krik adasında “Amazon”un qurucusu Ceff Bezos, sahibkar Karl Aykan, futbolçu Tom Bredi, müğənni Xulio İqlesias, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner İvanka Trampla birlikdə daşınmaz əmlaka sahibdirlər. Ümumilikdə adada təxminən 40 malikanə yerləşir.




