İSRAİL XİN RƏHBƏRİ CEYHUN BAYRAMOVLA DANIŞDI
İRANIN AZƏRBAYCANA HÜCUMU PİSLƏNİB
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub.
Bu barədə İsrail XİN rəhbəri Gideon Saar “X”də bildirib.
O, Ceyhun Bayramovla telefon danışığı zamanı “İranın Azərbaycana qarşı qəsdən və açıq təcavüzünü pislədiyini” bildirib.
Saar qeyd edib ki, bu, tamamilə qəbuledilməzdir.
Xatırladaq ki, MArtın 5-də İran pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum həyata keçirilib. Hava Limanının binasına zərər dəyib, dörd mülki şəxs xəsarət alıb.




