VAŞİNQTONDAN TƏCİLİ QƏRAR
İSRAİLƏ 12 MİN BOMBANIN SATIŞI TƏSDİQLƏNDİ
ABŞ İsrailə 151,8 milyon dollar dəyərində təcili silah satışını təsdiqləyib.Məlumata görə, paketə 12 min ədəd BLU-110 tipli, hər biri təxminən 450 kiloqraM ağırlığında olan bombalar daxildir.Bildirilib ki, satış təcili prosedur çərçivəsində həyata keçirilir və müvafiq hərbi sursatların İsrailə çatdırılması nəzərdə tutulur.Rəsmi açıqlamada qeyd olunub ki, bu addım İsrailin müdafiə imkanlarının gücləndirilməsi məqsədi daşıyır.




