DÜNYANIN ƏN BÖYÜK FONDLARINDAN MƏHDUDİYYƏT
DÜNYANIN ƏN BÖYÜK FONDLARINDAN MƏHDUDİYYƏT
PUL ÇIXARMAĞA LİMİT QOYULDU
Dünyanın ən böyük aktiv idarəçilərindən biri olan BlackRock özəl kredit fondunda investorların vəsait çıxarmasına məhdudiyyət qoyub.Fondun aktivləri təxminən 26 milyard dollar təşkil edir. Son günlər investorlar vəsaitlərinin 9,3%-ni çıxarmaq üçün müraciət ediblər, lakin fond qaydalarına əsasən rüblük maksimum çıxarış 5% ilə məhdudlaşdırılıb. Nəticədə təxminən 1,2 milyard dollarlıq çıxarış sorğusu tam icra olunmayıb.Oxşar vəziyyət digər böyük alternativ investisiya şirkətində də müşahidə olunub. Blackstone-un 82 milyard dollarlıq kredit fondu eyni həftə ərzində rekord sayda vəsait çıxarma müraciətləri ilə qarşılaşıb.Şirkət çıxarışların maliyyələşdirilməsi üçün öz vəsaitindən 400 milyon dollar ayırmaq məcburiyyətində qalıb.
Bundan əlavə, Blue Owl OBDC II fondunda da vəsait çıxarılması müvəqqəti olaraq dayandırılıb.
Analitiklər hesab edir ki, bu hadisələr özəl kreditbazarında likvidlik təzyiqinin artdığını göstərə bilər.




