TRAMPIN KÖMƏKÇİLƏRİNƏ DEDİYİ SÖZLƏR GÜNDƏM OLDU
İSRAİL MÜCTƏBA XAMENEİYƏ QARŞI SUİ-QƏSD TƏŞKİL EDƏCƏK
Prezident Donald Tramp köməkçilərinə ABŞ-nin tələblərinə tabe olmasa, İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin sui-qəsdini dəstəkləyəcəyini bildirib.Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.Nəşrin məlumatına görə, İsrail İranın yeni Ali Liderini aradan götürmək üçün əməliyyat keçirəcək.İsrailin Müctəba Xameneini məhv etmək məqsədi daşıyan əməliyyat keçirəcəyini hazırkı və keçmiş ABŞ rəsmiləri “The Wall Street Journal” qəzetinə bildiriblər. Onlar İsrailin ABŞ ilə birgə əməliyyatda İran rəhbərliyinə qarşı hücumlarda liderlik etdiyini söyləyiblər.Qəzetin mənbələrinə görə, ABŞ prezidenti Donald Tramp köməkçilərinə bildirib ki, əgər oğul Xamenei ABŞ-nin tələblərinə, xüsusən də nüvə inkişafının dayandırılmasına əməl etməsə, İranın yeni Ali Liderinin sui-qəsdini dəstəkləyəcək.




